Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Qazaxda dövlət qulluqçuları üçün keçirilən təlimlər başa çatıb

15 sentyabr 2023 | 20:00

Respublika Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyinin artırılması) 1-3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən silsilə tədbirlər keçirilməkdədir. 

Sözügedən fəaliyyət istiqamətinin 2-ci bəndi dövlət sektorunda insan kapitalının inkişaf etdirilməsi tədbirlərini özündə əks etdirir ki, bununla əlaqədar olaraq Mərkəz tərəfindən Bakıda və regionlarda yerləşən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına dövlət qulluğunda prioritet istiqamətlər üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 11-12-15 sentyabr 2023-cü il tarixlərdə Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri, “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, “Dövlətin əsasları”, “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”, “Münaqişələrin idarə edilməsi”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik” mövzularında təlimlər keçirilib. 

Sonuncu üçüncü təlim sentyabrın 15-də “Münaqişələrin idarə edilməsi”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik” mövzularında olub.

Təlim Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova, aparıcı məsləhətçisi Gülü Həsənova tərəfindən keçirilib.  

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş təlimdə icra aparatının məsul şəxsləri, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində, digər dövlət qurumlarında çalışan əməkdaşlar iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək qonaqları və təlim iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Təlimin əhəmiyyətindən söz açan müavin iştirakçılara uğurlar arzulayıb.

Dövlət İmtahan Mərkəzinin əməkdaşları çıxış edərək təlim iştirakçılarını salamlayıb, yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.

Təlim zamanı iştirakçılara “İnsan resurslarının idarə olunması”, “İnsan resursları nədir?”, “Əməkdaşın həyat dövrünün 6 mərhələsi”, “Strukturlaşdırılmış müsahibə”, “Qiymətləndirmə alətləri”, “İnkişaf dövründə təyinedici alətlər”, “Düzgün müəyyən olunmuş ƏFİ”, “360 dərəcə qiymətləndirmə”, “Sektor müdirini qiymətləndirən tərəflər”, “Səriştə nədir?”, “Səriştəliyin səviyyələri”, “4 peşəkarlıq səviyyəsi”, “Güc/səlahiyyət vasitəsilə liderlik”, “Gələcəyə baxış vasitəsilə liderlik (Transformasiya liderliyi)”, “Münaqişələrin idarə edilməsi”, “Münaqişə nədir?”, “Münaqişə növlərinin təsnifatları”, “Münaqişələrin yaranmasına səbəb olan amillər (U.Linkoln)”, “Məlumat amili”, “Davranış amili”, “Münasibət amili”, “Dəyər amili”, “Struktur amili”, “Mürəkkəb insan tipləri”, “Davranış strategiyaları”, “Vətəndaş qəbulunda effektiv strategiyalar”, “Münaqişənin effektiv həlli”, “Münaqişənin həllində mühüm səriştələr” və s. mövzular haqqında əhatəli, dolğun məlumatlar verilib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər