Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

17 mart 2023 | 18:49

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğunun təsdiq etdiyi birgə tədbirlər planına uyğun olaraq martın 17-də “Qazax” əlahiddə sərhəd diviziyasında və “Horadiz” sərhəd dəstəsində şəxsi heyətlə görüşlər keçirilmişdir

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

“Qazax” əlahiddə sərhəd diviziyasında keçirilmiş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Hərbi Prokurorluq əməkdaşları, şəhid ailələri, əsgər valideynləri və veteranlar iştirak etmişdir.

RİH başçısı çıxışında sərhədlərimizin keşiyində dayanan bütün sərhədçiləri Novruz bayramı münasibətilə təbrik etmiş, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbədə sərhədçilərin rolunu xüsusi vurğulamışdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dövlət sərhədlərinin mühafizəsi işinin təşkili və inkişafı məsələlərində göstərdiyi fəal dəstəyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən “Şücaətə görə” medalı təqdim edilmişdir.

Hərbi Prokurorluğun əməkdaşları şəxsi heyətə cinayət hadisələrinin qarşısının alınması, qanunvericiliyin tələblərinə riayət edilməsi, hərbi intizamın möhkəmləndirilməsi mövzularında müvafiq tövsiyələr vermişlər.

Tədbirlərdə iştirak edən rəsmi qonaqlar hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim etmiş, hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

https://dsx.gov.az/news/1479

 

Keçidlər