Şriftin ölçüsü :

Saytın rəngi :

Həftə ərzində müraciət etmiş vətəndaşlar idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə qəbul ediliblər

19 may 2022 | 13:49

Bu gün cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması, vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuruna nümunə olmalıdır. Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşlar fərdi və ya ümumi şəkildə qəbul edilirlər.

Bu həftə ərzində müraciət etmiş daha bir qrup vətəndaşın istəyi mayın 19-da idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.

"Ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara olan qayğısı, səmimi münasibəti hər bir dövlət məmuru üçün örnəkdir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu amilin bundan sonra da hər bir işdə əsas götürüləcəyini vurğulayıb. İcra başçısı bugünkü qəbulun da məhz bu məqsədi daşıdığını, vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. 

"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru birmənalı olaraq bilməlidir ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra şəhər, eləcə də rayonun Ağköynək, İkinci Şıxlı, Daş Salahlı, Dəmirçilər, Yuxarı Əskipara, Çaylı kəndlərindən olan 17 nəfər vətəndaşın müraciətləri dinlənilib.

Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində, eləcə də Məşğulluq Mərkəzində olan digər boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların müalicə, ünvanlı sosial yardım və əlillik dərəcəsinin təyin olunmasına, sığorta pulunun ödənilməsinə köməklik göstərilməsi, mənzillə təmin olunma, eləcə də digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.

 

Keçidlər