Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində keçirilən idman paradı və “İdman Paytaxtı”nın açılış mərasiminin təşkilində göstərdikləri xidmətlərə görə bir qrup əməkdaşı təltif edib

11 mart 2026 | 15:20

Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Bu il martın 5-i təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yaddaşlara yazıldı. Həmin gün 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirildi. Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil aldı, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotu ictimaiyyətə təqdim olundu.

“"Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılması və “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 5 yanvar 2026-cı il tarixli 9-23/01 nömrəli Sərəncam imzalanıb. Sərəncamın imzalanmasında əsas məqsəd "Qazax İdman Paytaxtı-2026" çərçivəsində əhalinin müntəzəm fiziki aktivliyə cəlb olunması, sağlam həyat tərzinin stimullaşdırılması, uşaqlar-gənclər idmanının inkişafı və ehtiyat qüvvənin formalaşdırılmasının təmin olunması, kütləvi idman tədbirlərinin təşkili, rayonda Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, idmana diqqət və qayğının daha da artırılmasıdır.

Təqdirəlayiq haldır ki, il ərzində "Qazax İdman paytaxtı 2026" çərçivəsində Qazaxda silsilə yarışlar, turnirlər, çempionatlar keçiriləcəkdir.

Martın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində keçirilən idman paradı və “İdman Paytaxtı”nın açılış mərasiminin təşkilində göstərdikləri xidmətlərə görə bir qrup əməkdaşı Fəxri Fərmanla təltif edib, həmçinin, Təşəkkür elan edilib.

Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, rayonda fəaliyyət göstərən idman məktəblərinin məşqçi müəllimləri, təltif olunan digər şəxslər iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün mühüm əhəmiyyət daşıdığını bir daha vurğulayaraq səmimi ürək sözlərini səsləndirib. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinə və açılış mərasimində iştirakına görə Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbova bir daha razılığını ifadə edib. İcra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. İcra başçısı hazırda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə daha bir çempionata start verildiyini bildirib. Bu gündən rayonda sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyinin keçirildiyini vurğulayıb. 2026-cı ilin İdman Paytaxtının martın 11-dən 14-dək azyaşlı yeniyetmələrin əzmkar və maraqlı mübarizəsinə şahidlik edəcəklərini, U15 ölkə birinciliyində 2011-2012-ci il təvəllüdlü oğlanların mübarizə aparacaqlarını diqqətə çatdırıb. Ölkə birinciliyində I, II, III yerləri tutmuş idmançıların Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom, medal və Azərbaycan Güləş Federasiyası tərəfindən hədiyyələrlə mükafatlandırılacaqlarını söyləyib. Rayon rəhbəri "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılmasını və “Tədbirlər Planı”nın təsdiq edilməsini bu istiqamətdə görülmüş işlərin əyani sübutu kimi qiymətləndirib. Rayon rəhbəri "Qazax İdman paytaxtı 2026"nın  açılış mərasiminin yüksək səviyyədə təşkil olunduğu kimi, U15 ölkə birinciliyinin də yüksək səviyyədə təşkil ediləcəyini bildirib. Yaradılmış işçi qrupunun üzvlərinin, eləcə də hər kəsin açılış mərasimi ilə bağlı görülən bütün işlərdə cani könüldən iştirak etdiklərini, tədbirin yüksək səviyyədə keçməsi üçün əllərindən gələni əsirgəmədiklərini vurğulayaraq buna görə əməyi olan hər kəsə razılığını ifadə edib. “Özümə borc bildim ki, əziyyəti olan hər kəsə minnətdarlığımı bildirim, onları təltif edərək, təşəkkür elan edərək razılığımı çatdırım”, - deyən icra başçısı sonda bir daha səmimi ürək sözlərini səsləndirib.

Sonda icra başçısı Fəxri Fərmanları sahiblərinə təqdim edib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində keçirilən idman paradı və “İdman Paytaxtı”nın açılış mərasiminin təşkilində göstərdikləri xidmətlərə görə Qazax-Tovuz Regional  Gənclər və İdman İdarəsinin rəisi Məsmalıyev Əziz Tanrıverdi oğlu, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Xasməmmədov Səbuhi Səməd oğlu, Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis mayoru Süleymanov Aqil Razim oğlu, Qazax Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı Əsgərov Fuad Ramiz oğlu, Qazax Rayon İcra Hakimiyyətində Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunda baş məsləhətçi Bayramov Qərib Fazil oğlu, Qazax Rayon İcra Hakimiyyəti başçısının Aşağı Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əfəndiyev Yaşar Oqtay oğlu, Qazax Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-ev təsərrüfatları uçotu işinin aparıcısı Qurbanov Emil Ayət oğlu, Qazax şəhər Mənzil İstismar Sahəsinin rəisi Mirzəyev Mahmud Əkram oğlu, “Qazax Avtovağzal” ASC-nin direktoru Quliyev  Eyvaz  Razim oğlu, Qazax Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmə müdiri Məmmədov İlham Musa oğlu, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Xəlilova Münəvvər Abbas qızı, Qazax Elektrik Şəbəkəsinin rəis müavini Abbasov Səbuhi  Rəfail oğlu, Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Mehtiyev Cavid Mayıl oğlu, Qazax-Tovuz Regional  Gənclər və İdman İdarəsinin İnzibati təşkilat sektorunda aparıcı məsləhətçisi Mustafayev Tural Afiq oğlu Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.

Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ birinciliklərinin mükafatçısı, ali kateqoriyalı məşqçi-müəllim, Fəxri idman xadimi, Prezident təqaüdçüsü Ramiz Tağıyevə, FHN Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi, polkovnik-leytenantı Cəfər Verdiyevə, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynovaya, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanovaya, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyevaya, M.P.Vaqif və M.V.Vidadi Xatirə Muzeyinin direktoru Məhruzə Hüseynovaya, Qazax Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundova, Uşaq Gənclər İdman Məktəbinin direktoru Rəhim Namazova, Qazax Olimpiya İdman Kompleksində məşqçi müəllim Azər Əliyevə, Karate üzrə məşqçi Vüqar Həsənova, Qazax Gəncləri Futbol klubunun məşqçisi Rayət Əliyevə, Boks üzrə məşqçi müəllim Aqşin Mansurova, Qazax Uşaq-Gənclər-İdman Şahmat Məktəbinin direktoru Nizami Hüseynova, Qazax RMX PHŞ-nin direktor müavini Etibar Sarıyevə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəmə, gənc Aşıq Samir Allahverdiyevə təşəkkür elan olunub.

Keçidlər