Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı bir qrup vətəndaşı müraciətinə əsasən fərdi şəkildə qəbul edib

21 iyun 2022 | 20:00

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın öz fəaliyyətlərində vətəndaş amilini əsas götürmələri, dövlət siyasətinin əsasında vətəndaşlara göstərilən qayğının, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələrin dayanması hər bir dövlət məmuruna örnəkdir.  

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.      

İyunun 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib.

Qazax şəhər sakinləri Mənafova Könül Vidadi qızının, Bayramov Həbib Əli oğlunun, Çaylı kənd sakinləri Məmmədov Zahid Məmməd oğlunun, Qurbanov Camoy Camoy oğlunun, Xanlıqlar kənd sakini Namazova Səadət Şərif qızının, Birinci Şıxlı kənd sakini Abdullayeva Günayə İsrafil qızının, Daş Salahlı kənd sakini İsmayılov Şakir Aqşin oğlunun müxtəlif səpkili müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.

Keçidlər