Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı bu gün daha bir qrup vətəndaşın müraciətini dinləyib

16 may 2022 | 18:30

Bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələrdə də aydın şəkildə özünü göstərir. Və ən əsası da bu, hər bir dövlət məmuru üçün örnəkdir.

Qazax rayonunda da vətəndaş amili hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.   

Mayın 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib.

Canalı kənd sakini Əmrahova Cəvahir Bayram qızının, şəhər sakini Mustafayeva Rahilə Səyad qızının, Çaylı kənd sakini Mahmudov Vüqar Tapdıq oğlunun, Xeyrımlı kənd sakini Qasımov Faiq Bayram oğlunun, Ağstafa rayonunun Sadıqlı kəndində qeydiyyatda olub Qazax şəhərində yaşayan Vəliyeva Xəyalə Cahangir qızının müxtəlif səpkili müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.

Keçidlər