Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Çaylı kəndində vətəndaşların müraciəti ilə yerində tanış olub

24 avqust 2023 | 20:50

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dövlət siyasətinin əsasında vətəndaşlara göstərilən qayğı, vətəndaş məmnunluğunun təmin edilməsi dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr onu söyləməyə əsas verir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Avqustun 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bir qrup Çaylı kənd sakininin yaşadıqları ərazidə subartezian quyusunun qazılması ilə bağlı müraciətini dinləməsi, məsələ ilə əlaqədar yerində baxış keçiriləcəyi barədə məlumat vermişdik.

Avqustun 24-də icra başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovla birlikdə Çaylı kəndində olub, kənd sakinlərinin yaşadıqları ərazidə subartezian quyusunun qazılması ilə bağlı müraciətlərinə yerində baxış keçirib. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələyə həssaslıqla yanaşılacağını, Çaylı kəndində qazılacaq subartezian quyularından birinin onlar yaşayan ərazidə qazılmasının nəzərdə tutulduğunu, eyni zamanda, mövcud vəziyyətin aradan qaldırılması üçün lazımi addımların atılacağını qeyd edib. Bununla bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib. 

Vətəndaşlar onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, müraciətinə operativ şəkildə baxılmasına və bugünkü görüşə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. 

Keçidlər