Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı dam örtükləri yenilənəcək birmərtəbəli binalara baxış keçirib

12 oktyabr 2022 | 18:11

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası sayəsində son illər respublikamızın şəhər və rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri bu gün də davam etdirilir. Onu da əminliklə qeyd edə bilərik ki, Qazax rayonu da gündən-günə abadlaşan bölgələrimizdəndir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra rayonda həyata keçirilən abadlıq işləri dediklərimizin bariz nümunəsidir. Elə ilk gündən çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilərin abadlaşdırılması, işlərin başa çatdırıldığı prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilməsi dediklərimizin əyani sübutudur.

Respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı şəkildə təmir edilir. Görülmüş bu işlər sayəsində bu gün rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binasından 140-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb.

Oktyabrın 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov MİS-in balansında olan dam örtüyü yenilənəcək birmərtəbəli yaşayış binalarına baxış keçirib. Şəhərin Heydər Əliyev prospekti 74,81,89, Vaqif küçəsi 5, Azadlıq küçəsi 99, Ş.Xiyabanı 15,29 ünvanında yerləşən birmərtəbəli binalarda görülməsi nəzərdə tutulan işləri yerində müzakirə edib, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını, xüsusilə də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülmüş işləri razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Keçidlər