Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı fərdi şəkildə görüşmək istəyən vətəndaşları qəbul edib

09 iyun 2023 | 18:43

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı onu göstərir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bütün sahələrdə vətəndaş məmnunluğunun təmin olunması əsas götürülür. Ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədə xidmət edir. 

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. İyunun 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fərdi şəkildə görüşmək istəyən 2 nəfər vətəndaşı qəbul edib. Qəbul zamanı Çaylı və Abbasbəyli kəndlərindən müraciət edən vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. 

 

Keçidlər