Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Fərəhli kəndində uşaqlar üçün yaradılan oyun meydançasında görülmüş son tamamlanma işləri ilə maraqlanıb

06 sentyabr 2022 | 18:52

Əvvəlki yazılarımızda iyunun 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavini Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadənin Qazax Rayon İcra Hakimiyyəti Yanında Yerli Məşvərət Şurasının üzvləri ilə görüşməsi barədə məlumat vermişdik.

Gənclərin Qazax rayonunun Fərəhli kəndində olan köhnə təhlükəsiz oyun meydançasının təmir edilərək park kimi əhalinin, xüsusilə də uşaqların istifadəsinə verilməsi təşəbbüsünün elə görüşdəcə rayon rəhbərliyi tərəfindən müsbət qarşılanması, iyunun 15-də isə rayon rəhbərliyinin gənclərlə birlikdə Fərəhli kəndində olması, oyun meydançasının mövcud vəziyyəti ilə yerində maraqlanması barədə qeyd etmişdik. 

Artıq gənclərin irəli sürdükləri təşəbbüs reallaşıb, uşaqlar üçün yaradılacaq oyun meydançasında bu gün son tamamlanma işləri aparılır. 

Sentyabrın 6-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə Fərəhli kəndində sözügedən oyun meydançasında görülmüş son tamamlanma işləri ilə maraqlanıb. Oyun meydançasında görülməsi nəzərdə tutulan digər işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.

Qazax Rayon İcra Hakimiyyəti Yanında Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova onların təşəbbüsünü dəyərləndirərək oyun meydançasının yenidən bərpa olunmasına görə rayon rəhbərliyinə gənclər adından bir daha razılığını bildirib.

Bəli, fəaliyyətə başladığı ilk gündən gənclərə daim diqqət və qayğı göstərən rayon rəhbərinin gənclərin bu təşəbbüsünü reallaşdırması, oyun meydançasını istədikləri kimi təmir edərək elə gənclərin adından Fərəhli kəndində yaşayan körpə fidanlara hədiyyə etməsi gələcəyimiz olan uşaqlara göstərilən növbəti dövlət qayğısıdır. 

Kənd sakinləri də uşaqlara göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını bildirirlər. Gənclərə nümunəvi təşəbbüslərinə görə təşəkkür edirlər.

Keçidlər