İcra başçısı həftə ərzində müraciət etmiş vətəndaşları ümumi şəkildə qəbul edib
“Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”.
Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı söylədiyi bu fikirlər bir daha onu göstərdi ki, vətəndaş məmnunluğu dövlət siyasətinin əsasını təşkil edir.
Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman öz əksini tapır. Ən əsası da hər bir dövlət məmuruna örnək olan bu addım bütün sahələrdə əsas götürülür.
Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.
Bu həftə ərzində müraciət etmiş daha 26 nəfər vətəndaşın istəyi iyulun 29-da idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.
“Dövlət məmuru olaraq bizim vəzifəmiz vətəndaşların razı qalmasını təmin etmək, onlara layiqli xidmət göstərməkdir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş məmnunluğunu təmin etməyin hər bir dövlət məmurunun vəzifə borcu olduğunu bildirib. İcra başçısı bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edərək vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.
"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Sonra Qazax şəhər sakinləri Abbasova Nailə Nəbi qızının, Osmanova Şahnavad Mühid qızının, Əliyeva Sveta Dadaş qızının, Əzizova Nəziyrə Dadaş qızının, Alməmmədova Jalə Əliabbas qızının, Mustafayeva İradə Əsəd qızının, 2-ci qrup Qarabağ müharibəsi əlili Hüseynov Baxış Şahvələd oğlunun, Kosalar kənd sakinləri Əhmədov İsmayıl Abdulkərim oğlunun, Əliyev Kərim Əkbər oğlunun, Ağstafa rayon Köhnə Qışlaq kənd sakini Qasımov Rəşad Afrasiyab oğlunun, Daş Salahlı kənd sakinləri Qasımova Vüsalə Mahir qızının, Mustafayev Şahverdi Mustafa oğlunun, Cəbiyeva Suraya Məmməd qızının, Məşədiyev Samir Röşən oğlunun, Aşağı Əskipara kənd sakini Vəliyeva Ema Şahmar qızının, Quşçu Ayrım kənd sakinləri Piriyev İdris Piri oğlunun, Pirvəliyeva Ərkinaz İbrahim qızının, Xanlıqlar kənd sakinləri Allahquluyeva Zenfira İdris qızının, Məmmədov Məmməd Rəhim oğlunun, Çaylı kənd sakini Bənnayev Eltac Məcməddin oğlunun, Xeyrımlı kənd sakini Qasımov Faiq Bayram oğlunun, Aslanbəyli kənd sakini Abdullayev Misir Həsən oğlunun, Hüseynbəyli kənd sakini Cəfərov Cəfər Kamandar oğlunun, Bağanıs Ayrım kənd sakini Musayev Saqif Arif oğlunun, Sofulu kənd sakini Mustafayeva Aidə İnqilab qızının, Kəmərli kənd sakini Rəhimov Rəhim Məcid oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilib.
Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində, eləcə də Məşğulluq Mərkəzində olan digər boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.
Vətəndaşların həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində, uşaqlarının qeydiyyata alınmasında, sığınacaqla təmin edilməsində, evinə qaz xəttinin çəkilməsində, evinin sənədləşdirilməsində köməklik göstərilməsi, eləcə də digər müxtəlif məzmunlu müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.