Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Nəriman Nərimanov yaşayış massivində aparılan iməcilik işləri ilə tanış olub

21 noyabr 2023 | 18:09

Prezident İlham Əliyevin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurla icrası edilməsi sayəsində son illər respublikamızın hər yerində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bunun bariz nümunəsini ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazaxda şəhərin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra şəhərin prospekt və küçələrinin asfaltlanmasından, səkilərə yeni tamet, bardür düzülməsindən, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasından aydın şəkildə görmək olar.

Şəhərin Heydər Əliyev prospekti və küçələrində çəkilişdən sonra yeni asfalt örtüyünün vurulması, Qazax Mənzil İstismar Sahəsinin balansında olan çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilməsi dediklərimizin əyani sübutudur.

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Ən əsası da çoxmənzilli yaşayış binalarının həyətlərində, ətraf ərazilərində abadlıqla yanaşı, iməcilik işləri də aparılır.

Noyabrın 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Nəriman Nərimanov yaşayış massivində (SU-15 və SU-16) aparılan iməcilik işləri ilə tanış olub.

Görülmüş işlərlə yerində maraqlanan rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Bütün bu işlər sakinlər tərəfindən razılıqla qarşılanır və buna görə ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıq ifadə olunur.

Keçidlər