Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu təqaüdə çıxması münasibətilə təltif edib

22 dekabr 2023 | 13:38

Dekabrın 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin sabiq direktoru Pənahov Həmid Təşkilat oğlunu təqaüdə çıxması münasibətilə təbrik edib, onu dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif edib.

Uzun müddət dövlətə, dövlətçiliyə layiqincə xidmət göstərən Həmid Pənahova səmimi təbriklərini çatdıran icra başçısı onun fəaliyyəti dövründə öz işinə hər zaman məsuliyyətlə yanaşdığını, doğma el-obası, rayonu üçün daim can yandırdığını bildirib.

Həmid Pənahov çıxış edərək Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ona göstərdiyi qayğıya və etimada görə öz dərin minnətdarlığını bildirib. Bundan sonra da rayonun ictimai, siyasi, mədəni, kütləvi tədbirlərində yaxından iştirak edəcəyini, gənc kadrların onun iş təcrübəsindən yararlanmaları üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

Keçidlər