İcra başçısı Qazax Müalicə Diaqnostika Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri vətəndaşlara göstərilən xidmət sahələridir. Təqdirəlayiq hal isə odur ki, bu diqqət və qayğı bütün sahələri əhatə edir. İstər səhiyyə, istər təhsil, istər mədəniyyət, istərsə də digər xidmət sahələrində vətəndaşlara göstərilən qayğını daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin səhiyyə sahəsinə olan diqqətinin bariz nümunəsi isə mütəmadi olaraq səhiyyə ocaqlarında olmasıdır.
Mayın 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsdə vətəndaşlara göstərilən xidmət sahələri, dərman təchizatı və yaradılan nizam-intizamla tanış olub. Palataları gəzərək müalicə alan dializ xəstələrinə baş çəkib, qayğıları ilə maraqlanıb.
Rayon rəhbərliyi müalicə olunan hər bir xəstəyə həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməli olduğunu qeyd edib və bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib.