Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Müalicə Diaqnostika Mərkəzində olub

12 mart 2025 | 14:48

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri vətəndaşlara göstərilən xidmət sahələridir. Təqdirəlayiq haldır ki, bu diqqət və qayğı bütün sahələri əhatə edir. İstər səhiyyə, istər təhsil, istər mədəniyyət, istərsə də digər xidmət sahələrində vətəndaşlara göstərilən qayğını daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin səhiyyə sahəsinə olan diqqətinin bariz nümunəsi isə mütəmadi olaraq səhiyyə ocaqlarında olmasıdır.

Martın 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxovla birlikdə “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Müalicə Diaqnostika Mərkəzində olub. Rayon rəhbəri Mərkəzin hemodializ şöbəsində müalicə alan xəstələrə, eləcə də vətəndaşlara göstərilən xidmətlərlə, dərman təchizatı və yaradılan nizam-intizamla maraqlanıb. Palataları gəzərək müalicə alan dializ xəstələrinə baş çəkən icra başçısı onların qayğılarını dinləyib.

Rayon rəhbərliyi müalicə olunan hər bir xəstəyə həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməli olduğunu qeyd edib və bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib.

Keçidlər