Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qazax Rəqəmsal İcra Hakimiyyəti portalına müraciət etmiş vətəndaşı qəbul edib

08 avqust 2024 | 18:29

Ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bunu Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıdan aydın şəkildə görmək olur. Bu, eyni zamanda, hər bir dövlət məmuruna nümunədir.

Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. 

Avqustun 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Rəqəmsal İcra Hakimiyyəti portalına müraciət etmiş rayonun Kosalar kənd sakini Cəfərova Elnarə Müslüm qızını qəbul edib. Qəbul zamanı E.Cəfərova işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Vətəndaşa adiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etməsi tövsiyə olunub.

Keçidlər