Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qazax Sement Zavodunda olub

16 may 2022 | 20:30

Qazax rayonunun Daş Salahlı kəndində fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan "Qazax Sement Zavodu” MMC bu gün də ön sıralarda dayanır. Ötən illər ərzində zavod sement-klinker və beton istehsalı sahəsində nümuəvi fəaliyyət göstərərək respublikada sement, beton istehsalı, eyni zamanda, tikinti sektorunun aparıcı qüvvəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına və milli rifahına öz töhfəsini verir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Qazax Sement Zavodu” MMC-də olub, zavodun yeni təyin olunmuş direktoru Emin Uçarla görüşüb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra rayon rəhbərliyi zavodun fəaliyyəti, istehsal olunan məhsullar və işçilər üçün yaradılan şəraitlə tanış olub.

Keçidlər