Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Rəcəb Babaşov Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri ilə birlikdə sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən yaralanan qazaxlı hərbçiləri müalicə aldıqları Hərbi Hospitalda ziyarət edib

25 sentyabr 2022 | 13:41

2022-ci il sentyabrın 12-dәn etibarәn Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan şəhidlərimizlə yanaşı, yaralılarımız da oldu. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə və xalqımızın qəlbinə qızıl hərflərlə yazdılar. Döyüş zamanı Qazax rayonundan olan 13 nəfər hərbi qulluqçumuz müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sentyabrın 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri ilə birlikdə sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən yaralanan qazaxlı hərbçiləri müalicə aldıqları Hərbi Hospitalda ziyarət edib. 

Bakı şəhərində Hərbi Hospitalda müalicə alan hərbi qulluqçularımız - Qazax rayon Abbasbəyli kənd sakini, əsgər Quluyev Ülvi Babək oğlunu, Qazaxbəyli kənd sakini, əsgər Binnətov Elsevər Emil oğlunu, Xanlıqlar kənd sakini, kiçik çavuş Məmmədov Əlhəm Qələndər oğlunu, Yuxarı Salahlı kənd sakini, mayor Mustafayev İsgəndər Osman oğlunu, Ürkməzli kənd sakini, əsgər Rəhimov Osman Yaşar oğlunu, Canalı kənd sakini, gizir Yusifov Samir Cahangir oğlunu, Kəmərli kənd sakini, əsgər Allahmanov Ülvi Süleyman oğlunu ziyarət edən rayon rəhbərliyi onların səhhətləri ilə maraqlanıb. Yaralılarımızla səmimi söhbət edən rayon rəhbərliyi onların tək olmadığını, dövlətin qayğısı ilə əhatə olunduqlarını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman onların yanında olduqlarını bildirib. Yaralılarımıza Allahdan şəfa diləyib, tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib.  

Keçidlər