Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhərdə və rayonun Dəmirçilər kəndində vətəndaşların müraciəti ilə yerində tanış olub

20 may 2025 | 20:01

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amilinin, vətəndaş məmnunluğunun təşkil etməsi hər bir dövlət məmuruna örnəkdir. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. 

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

Mayın 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhərin Hacı Zeynalabdin Tağıyev və Nəsrəddin Tusi küçələrində, rayonun Dəmirçilər kəndində olması, sakinlərin müraciətlərinə yerində baxış keçirməsi rayonda vətəndaş amilinin əsas götürülməsinin bariz nümunəsidir. 

Rayon rəhbəri ilə səmimi söhbət edən sakinlər onlara göstərilən qayğıya, eləcə də etdikləri müraciətə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər