İcra başçısı vətəndaşı fərdi qəbul edərək müraciətini dinləyib
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə öz əksini tapır. Bu, həm də ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda da hər zaman hiss edilir. Təqdirəlayiq haldır ki, bu, bütün sahələrdə əsas götürülməklə yanaşı, həm də hər bir dövlət məmuruna nümunədir.
Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.
İyunun 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Yuxarı Salahlı kəndindən müraciət etmiş 1 nəfər vətəndaşı fərdi qəbul edib. Qəbul zamanı vətəndaşın həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciəti dinlənilərək müvafiq olaraq cavablandırılıb.