Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşı müraciətinə əsasən qəbul edib

03 sentyabr 2024 | 15:17

Ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin əsasını təşkil etməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Bu, eyni zamanda, hər bir dövlət məmuruna nümunədir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. 

Sentyabrın 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər sakini Məmmədova Sevil Dəvriş qızını rəsmi müraciətinə əsasən qəbul edib. Rayon rəhbəri vətəndaşın həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi barədə istəyini dinləyib. Qəbul zamanı vətəndaşa aidiyyəti üzrə sənədlərini təqdim etməsi bildirilib.

Keçidlər