İcra başçısı vətəndaşın müraciətini dinləyib
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı onu göstərir ki, ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Bu, eyni zamanda, həm də hər bir dövlət məmuruna örnəkdir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Oktyabrın 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun İkinci Şıxlı kəndindən müraciət etmiş Həsənov Məhəd Musa oğlunu fərdi şəkildə qəbul edib, torpaq məsələsi ilə bağlı müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.