Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşın müraciətini dinləyib

19 dekabr 2024 | 22:16

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmuruna nümunədir. Bu, eyni zamanda, ölkəmizdə yürüdülən dövlət siyasətinin kökündə vətəndaş amilinin dayanması deməkdir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. 

Dekabrın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Çaylı kəndindən müraciət etmiş 1 nəfər vətəndaşı fərdi şəkildə qəbul edərək onun torpaq məsələsi ilə bağlı müraciətini dinləyib, vətəndaşa aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilib.

Keçidlər