İcra başçısı vətəndaşın müraciətini dinləyib
Ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss olunur. Bu, eyni zamanda, həm də hər bir dövlət məmuruna örnəkdir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Oktyabrın 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Ağköynək kəndindən müraciət etmiş Almərdanov Həmiddin Muxtar oğlunu fərdi şəkildə qəbul edib, vətəndaşın elektrik təchizatı ilə bağlı müraciətini dinləyib. Qeyd edilən məsələnin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıq verib.