Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları fərdi qəbul edərək müraciətlərini dinləyib

28 aprel 2025 | 19:08

Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil ölkəmizdə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsində vətəndaş amili dayanır. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss olunur. Təqdirəlayiq haldır ki, bu, bütün sahələrdə əsas götürülməklə yanaşı, həm də hər bir dövlət məmuruna nümunədir. 

Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.

Aprelin 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Ağköynək və Yuxarı Əskipara kəndlərindən müraciət etmiş 2 nəfər vətəndaşı fərdi qəbul edib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciəti dinlənilərək müvafiq olaraq cavablandırılıb.

Keçidlər