İcra başçısı vətəndaşları fərdi qəbul edib
Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı onu sübut edir ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsini vətəndaş amili təşkil edir. Ən önəmlisi isə odur ki, bu, bütün sahələrdə əsas götürülməklə yanaşı, həm də hər bir dövlət məmuruna nümunədir.
Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.
Aprelin 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Aşağı Salahlı və Daş Salahlı kəndlərindən müraciət etmiş 2 nəfər vətəndaşı fərdi qəbul edib. Qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciəti dinlənilərək müvafiq olaraq cavablandırılıb.