Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları fərdi şəkildə dinləyib

05 iyun 2023 | 19:15

Ölkəmizdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı dövlət siyasətinin əsasını təşkil edir. Bu, eyni zamanda, vətəndaş amilinin bütün sahələrdə ön plana çəkilməsi deməkdir. Ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədə xidmət edir. 

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

İyunun 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fərdi şəkildə görüşmək istəyən 8 nəfər vətəndaşı qəbul edib. Qəbul zamanı Çaylı, Yuxarı Salahlı, Xanlıqlar, Yuxarı Əskipara, Ağköynək, Qarapapaq, Kosalar, Kəmərli kəndlərindən müraciət edən vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. 

Keçidlər