İcra başçısı vətəndaşları fərdi şəkildə dinləyib
Bu gün vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir ki, bu, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Ölkə başçısının vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr bu məqsədə xidmət edir.
Vətəndaş amili Qazax rayonunda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Noyabrın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qarapapaq və Aslanbəyli kəndlərindən müraciət etmiş vətəndaşları fərdi şəkildə qəbul edib, müxtəlif məzmunlu müraciətlərini dinləyərək müvafiq olaraq cavablandırıb.