Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları fərdi şəkildə dinləyib

26 noyabr 2024 | 21:08

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı onu deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin kökündə vətəndaş amili dayanır. Bu, eyni zamanda, hər bir dövlət məmuruna nümunədir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. 

Noyabrın 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağstafa şəhərindən müraciət etmiş şəhid qızı Sədizadə Nəcmiyyə Natiq qızını, eləcə də rayonun Qaymaqlı və İkinci Şıxlı kəndlərindən müraciət etmiş 2 nəfər vətəndaşı fərdi şəkildə qəbul edib, istəklərini dinləyib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək qanunamüvafiq qaydada cavablandırılıb.

Keçidlər