İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib
Ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması onu deməyə əsas verir ki, bu sahə prioritet istiqamətlərdəndir. Bu, vətəndaşlara göstərilən qayğıda, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələrdə də aydın şəkildə əks olunur. Ən önəmlisi isə bu, hər bir dövlət məmuru üçün örnəkdir.
Qazax rayonunda da vətəndaş amili hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Mayın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş bir qrup vətəndaşı fərdi şəkildə qəbul edib.
I dərəcəli Vətən müharibəsi əlili, "İgidliyə görə”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini Kərimov Röyal Şəadət oğlunun, Kosalar kənd sakini, şəhid ailəsi Süleymanova İradə Tavar qızının, Fərəhli kənd sakini Yusubova Bulqeyis Cavanşir qızının, Ağstafa rayonunun Yenigün kənd sakini İsayeva Elmira Tahir qızının (Qazaxlı İtaliyanın Milli Qəhrəmanı Tahir İsayevin qızı), şəhər sakinləri Qurbanov Fərhad Qurban oğlunun, Yusubov Əziz Teymur oğlunun müxtəlif səpkili müraciətləri dinlənilib, müvafiq olaraq cavablandırılıb.