Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib

28 avqust 2023 | 17:49

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı, ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir.

Vətəndaş amili Qazax rayonunda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi qayğı bunun bariz nümunəsidir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və şifahi müraciətlərinə əsasən keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

Avqustun 28-də Qazax Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu olub. İcra başçısı Rəcəb Babaşov Qazax şəhərindən, Daş Salahlı, Cəfərli, Abbasbəyli, Çaylı kəndlərindən ərizə və şifahi şəkildə müraciət etmiş bir qrup vətəndaşı fərdi şəkildə qəbul edib. Sakinlərin müxtəlif məzmunlu müraciətlərini dinləyərək müvafiq olaraq cavablandırıb.

 

Keçidlər