Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib

13 sentyabr 2023 | 19:18

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı, ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr hər bir dövlət məmuruna nümunə olmalıdır. Bu gün əminliklə qeyd edə bilərik ki, vətəndaş amili Qazax rayonunda hər zaman örnək götürülür. 

İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi qayğı bunun bariz nümunəsidir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və şifahi müraciətlərinə əsasən keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

Ölkə Prezidentinin, Birinci vitse-prezidentin şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı da Qazax rayonunda hər zaman əsas götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır, diqqət və qayğısını əsirgəmir. Şəhidlərimizin xatirəsini əziz tutmağı, onların ailə üzvlərinə qayğı göstərməyi fəaliyyətinin əsas hissəsi hesab edir.

Sentyabrın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aslanbəyli kəndinin igid oğlu, Vətən müharibəsi şəhidi kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun valideynlərini qəbul edib. Şəhid atasının və anasının müraciətlərini dinləyərək qayğıları ilə maraqlanıb.

Şəhid atası İslam Mustafayev şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. 

Orta Salahlı kənd sakini Məhəmmədova Cəmilə Sabir qızını qəbul edən icra başçısı onun müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.

 

Keçidlər