Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları fərdi və ümumi şəkildə qəbul edib

10 iyun 2022 | 18:09

Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan qayğıları ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında dayanır. Dövlətimizin vətəndaş amilini, vətəndaş məmnunluğunu əsas götürməsi bu gün hər bir dövlət məmurunun iş fəaliyyətinin tərkib hissəsi olmalıdır. Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də məhz bu məqsədə xidmət edir.

Bu həftə ərzində müraciət etmiş daha bir qrup vətəndaşın istəyi iyunun 10-da idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib. Digər bir qrup vətəndaş isə istəklərinə əsasən fərdi şəkildə qəbul ediliblər.

"Vətəndaş məmnunluğunu təmin etmək dövlət məmurunun bir nömrəli işidir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu amilin bundan sonra da əsas götürüləcəyini vurğulayıb. İcra başçısı bugünkü qəbulun da məhz bu məqsədi daşıdığını, vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. 

"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru birmənalı şəkildə bilməlidir ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra Qazax şəhər sakini Namazova Ruqiyyə İbrahim qızının, Məmmədov Ruslan Etibar oğlunun, Hacıyeva Sarabəyim Əhəd qızının, Kosalar kənd sakinləri Hüseynova Safa Xondulu qızının, Süleymanov Elvin Tofiq oğlunun, Əliyeva Nüşabə Fevral qızının, Qazaxbəyli kənd sakini Dünyamalıyeva Gülnar Rəsul qızının, Aşağı Əskipara kənd sakini Mustafayeva Dürrə Kərim qızının, Daş Salahlı kənd sakini Abdullayev Nurəddin Yusif oğlunun, Yuxarı Əskipara kənd sakini Axundov İftar Məmməd oğlunun, Quşçu Ayrım kənd sakini Namazov Elçin Yolçu oğlunun müxtəlif səpkili müraciətləri dinlənilib. 

Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində, eləcə də Məşğulluq Mərkəzində olan digər boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların sığınacaqla təmin edilməsində, yaşadığı evə işıq xəttinin çəkilməsində, qəyyumluğa götürülən uşağın sənədlərinin düzəldilməsində, elektrik sayğacına yazılmış əvvəlki borcun silinməsində köməklik göstərilməsi, eləcə də digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.

 

Keçidlər