İcra başçısı vətəndaşları müraciətinə əsasən fərdi şəkildə qəbul edib
Bu gün Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələr hər bir dövlət məmuru üçün nümunə olmalıdır. Ən əsası da vətəndaş amilinin kökündə dövlət siyasətinin dayandığı bütün işlərdə əsas göstərici olmalıdır.
Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
İyunun 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib.
Qazax şəhər sakinləri Namazlı Kəmalə Nəsib qızının, Məmmədova Ofelya Mustafa qızının, Məmmədova Nəzakət Xəliddin qızının, Namazova Ruqiyyə İbrahim qızının, Adamov Akif Hətəm oğlunun, Yuxarı Salahlı kənd sakini Qocayeva Əfsanə Sadıq qızının, Kosalar kənd sakini Yusifov Asif Mükafat oğlunun, Çaylı kənd sakini Tanrıverdiyev Anar Tahir oğlunun müxtəlif səpkili müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.