Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları qəbul edib

10 oktyabr 2024 | 16:02

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı onu söyləməyə əsas verir ki, ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Bu, eyni zamanda, həm də hər bir dövlət məmuruna örnəkdir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. 

Oktyabrın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Milli Qəhrəman Şamoyev Firuddin İsa oğlunun həyat yoldaşı Məmmədova Hamayıl Məmməd qızını, Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsini müvəqqəti icra edən, quruluşçu rejissor Musayev Allahverdi Əhməd oğlunu və teatrın aktyorlarını qəbul edib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.

Keçidlər