Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları qəbul edib

04 sentyabr 2024 | 16:47

Müstəqil ölkəmizdə dövlət siyasətinin əsasında hər zaman vətəndaş amili dayanır ki, bu, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda daim hiss olunur. Bu, həm də hər bir dövlət məmuruna örnəkdir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. 

Sentyabrın 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonunun Xeyrımlı kənd sakini Hüseynova Mənşurə Əhməd qızını və Aşağı Əskipara kənd sakini Həsənov Aslan Əziz oğlunu qəbul edib. Rayon rəhbəri vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləyərək həlli istiqamətində lazımi addımın atılacağını bildirib.

Vətəndaşlar onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə razılıq ediblər.

Keçidlər