Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib

13 iyul 2022 | 18:41

Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı, ölkəmizdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verilən tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Eyni zamanda, bu amil hər bir dövlət məmuru üçün örnəkdir.  

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.      

İyulun 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib.

Kəmərli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili Mustafayev Elçin Əhməd oğlunun, Yuxarı Salahlı kənd sakini, idmançı, sərbəst güləş üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş, Vətən müharibəsi iştirakçısı Xaşalov Əfqan Kamil oğlunun müxtəlif səpkili müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.

Keçidlər