Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşların müraciətini dinləmişdir

10 avqust 2022 | 18:39

Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə vətəndaşlara göstərdikləri qayğı onu söyləməyə əsas verir ki, vətəndaş məmnunluğunun təmin olunması dövlət siyasətinin ana xəttini təşkil edir. Eyni zamanda, bütün işlərdə vətəndaş amilinin əsas götürülməsi hər bir dövlət məmuru üçün örnəkdir. Bu, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrdə real əksini tapır. 

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.  

Avqustun 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib.

İkinci Şıxlı kənd sakini Məmmədov Taleh Valeh oğlunun, Ağköynək kənd sakini, şəhid qardaşı Nəsibov İrşad Yusif oğlunun işlə təmin olunmalarına, Abbasbəyli kənd sakinləri Abdullayev İsmayıl Paşa oğlunun, Kərimov Zakir Əşrəf oğlunun, Mehdiyev Nizami İsə oğlunun həyətyanı torpaq sahələri ilə təmin edilmələrinə köməklik göstərilməsi ilə bağlı müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.

Keçidlər