Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşların müraciətini dinləyib

17 dekabr 2024 | 20:14

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının kökündə vətəndaş amili dayanır. Bu, dövlət siyasətinin əsasını təşkil etməklə yanaşı, həm də hər bir dövlət məmuruna nümunədir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. 

Dekabrın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərindən, Aşağı Əskipara və Ürkməzli kəndlərindən müraciət etmiş 4 nəfər vətəndaşı fərdi şəkildə qəbul edərək müxtəlif məzmunlu müraciətlərini dinləyib, qanunamüvafiq qaydada cavablandırıb.

Keçidlər