Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşların müraciətlərini fərdi şəkildə dinləyib

29 iyul 2022 | 08:23

Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə vətəndaşlara göstərilən qayğı onu deməyə əsas verir ki, vətəndaş məmnunluğunun təmin olunması dövlət siyasətinin ana xəttini təşkil edir. Bu, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrdə də özünü aydın şəkildə göstərir.

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.  

İyulun 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib.

Qazax şəhər sakini Qədirova Günay Arzuman qızının, Çaylı kənd sakini, şəhid ailəsi Cəbrayılova Kifayət Qəmyaz qızının, Kosalar kənd sakini, şəhid ailəsi Süleymanova İradə Tavar qızının müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.

Keçidlər