Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parkda aparılan abadlıq işləri ilə tanış olub

14 may 2022 | 14:35

Ötən yazımızda məlumat verdiyimiz kimi, 2007-ci ilin 30 mayında ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən, Qazax şəhərinin mərkəzində yerləşən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan park yenidən abadlaşdırılır.  Parkda abadlıq işlərinin aparılmasına ehtiyac vardı ki, bunu nəzərə alan rayon rəhbərliyinin tapşırığına əsasən Xalq yazıçısının adını daşıyan parkda abadlıq işlərinə start verilib. Hazırda parkda yeni tamet döşənir. 

Mayın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov parkda görülən işlərlə tanış olub, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Parkda quruculuq işlərinin aparılmasını razılıqla qarşılayan rayon sakinləri buna görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq edirlər. Sakinlər, ziyalılar Xalq yazıçısı İsmayıl Şıxlının adını yaşadan parkın yenidən abadlaşdırılmasını ədibin yaradıcılığına verilən yüksək qiymət, xatirəsinə göstərilən ehtiram kimi dəyərləndirirlər. 

Keçidlər