Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı yeni asfalt örtüyü vurulan Bakı və Əhməd Seyidov küçələrində görülmüş işlərlə tanış olub

03 avqust 2023 | 18:09

Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində ölkəmizin hər yerində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Bunun bariz nümunəsini ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından şəhərin sonra prospekt və küçələrinin asfaltlanmasından, səkilərə yeni tamet, bardür düzülməsindən, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasından aydın şəkildə görmək olur.

Bu gün şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski, Aslan Kəmərli küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, Qazax Mənzil İstismar Sahəsinin balansında olan, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,22,23,24,25,26,27,42,43,44,45,46,47,48,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. 

Hazırda Qazax şəhərində böyük küçələrdən olan Bakı küçəsinə və Əhməd Seyidov küçəsinə yeni asfalt örtüyü vurulur. 

Avqustun 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sözügedən küçələrdə olub, görülmüş işlərlə yerində maraqlanıb. Rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarnı verib. 

Sakinlər tərəfindən razılıqla qarşılanan bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıq ifadə olunur.

Keçidlər