Şriftin ölçüsü :

Saytın rəngi :

Komitə sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu Qazax şəhərində keçirib

23 may 2024 | 14:15

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qazax şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

23 may 2024-cü il tarixində Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayon sakinlərinin qəbulu zamanı vətəndaşların əsasən layihələndirmə, tikintiyə icazə icraatı ilə bağlı sualları cavablandırılıb, qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib, digərlərinin həllinə dair aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

https://arxkom.gov.az/media/xeberler/komite-sedri-anar-quliyev-novbeti-vetendas-qebulunu-qazax-seherinde-kecirib

Keçidlər