Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Səməd Seyidov Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün yeni tikilən binanın inşası ilə tanış olub

27 oktyabr 2022 | 19:25

Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzində saxladıqları sahələrdən biri məhz təhsil sahəsidir. Bu gün ölkəmizdə dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğı sayəsində yeni tikilən və ya əsaslı təmir edilən təhsil müəssisələrinin sayının ildən-ilə artması bunu söyləməyə əsas verir ki, təhsil sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” proqramlarının rolu isə əvəzsizdir. Məhz bu proqramlar çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur.

Ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da daim hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Son dövrlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi, həmçinin, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının yenidən bərpa olunması Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının əyani təzahürüdür.

Ölkə başçısı tərəfindən yararsız halda olan Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam da Qazaxda təhsil sahəsinə olan növbəti dövlət qayğısıdır. Təhsil Nazirliyi tərəfindən məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın inşa olunması dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğının davamı deməkdir.

Oktyabrın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov məktəb-lisey üçün yeni tikilən binada görülən işlərlə tanış olublar.

Məktəb-lisey üçün yeni tikilən binada işlər sürətlə davam etdirilir. Yeni inşa olunan məktəb binası 4 korpusdan ibarətdir. Tədris korpusu 4 mərtəbədən, 2 korpus 3 mərtəbədən, idman zalının yerləşəcəyi korpus isə 1 mərtəbədən ibarətdir. Yeni inşa edilən məktəbdə geniş, işıqlı sinif otaqları, kimya, fizika, biologiya laboratoriya otaqları, kompüter otaqları, 172 yerlik yeməkxana və 312 yerlik akt zalı inşa olunur. Məktəbin tikintisinə ötən ilin noyabr ayının əvvəlindən başlanılmışdır. Bu ilin sonuna kimi təhvil verilməsinin nəzərdə tutulduğu bildirilir. 

Məktəb-liseyin direktoru Tahirə Comərdova yeni inşa edilən binanı müəllim-şagird kollektivi üçün əsl töhfə, təhsilimizə, gələcəyimiz olan gənclərə göstərilən dövlət qayğısı kimi qiymətləndirib. Yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib

Keçidlər