Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Səməd Seyidov Uşaq Səfirlər Məclisinin Qazax rayonu üzrə region nümayəndələri və fəalları ilə görüşüb

22 oktyabr 2024 | 12:50

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Milli-mənəvi dəyərlərimizdən gələcəyə baxış" adlı silsilə tədbir çərçivəsində millət vəkillərinin uşaqlarla növbəti görüşü Qazax rayonunda baş tutub.

Komitənin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin region nümayəndələri və fəalları üçün nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində 22 oktyabr 2024-cü il tarixində Qazax rayonunun millət vəkili Səməd Seyidov Uşaq Səfirlər Məclisinin Qazax rayonu üzrə region nümayəndələri və fəalları ilə görüşüb.

Görüşdə Qazax rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal və başqaları iştirak ediblər.

Millət vəkili Səməd Seyidov Uşaq Səfirlər Məclisinin fəaliyyəti ilə yaxından maraqlanaraq dəyərli tövsiyələrini verib. Şagirdlərin hərtərəfli inkişafını şərtləndirən məntiqi təfəkkürün, əzmkarlığın, müstəqil və kollektiv iş bacarıqların inkişaf etdirilməsini vacibliyini qeyd edən millət vəkili, müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafında məhz vətənpərvər, savadlı, istredadlı, sağlam, yaradıcı gənclərin yetişməsinin vacibliyini vurğulayaraq, bu yolda gənclərə uğurlar arzulayıb.

Görüş müzakirələrlə və uşaqların suallarının cavablandırılması ilə davam edib.

Keçidlər