Millət vəkilləri və Türk Dövlətlərinin səfirləri Qazaxda səfərdə olublar
Aprelin 16-da Azərbaycan Respublikasının Milli Məclisinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Məclis üzvləri və Türk Dövlətlərinin ölkəmizdəki səfirlərinin iştirakı ilə “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda tədbir keçirilib.
Tədbir öncəsi, aprelin 15-də Qazax rayonunda səfərdə olan qonaqlar Qazax Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə görüşüb, rayonun görməli yerləri ilə tanış olublar.
Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turqaner, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı Bakhram Gaipov, Milli Məclisin əməkdaşları Amil Qurbanov və Lalə Babayeva iştirak ediblər.