Şriftin ölçüsü :

Saytın rəngi :

MİNA VƏ YA SİLAH-SURSAT PARTLAMASI ZAMANI İLKİN TİBBİ YARDIM

15 fevral 2023 | 17:01

MİNA VƏ YA SİLAH-SURSAT PARTLAMASI ZAMANI İLKİN TİBBİ YARDIM

  1. Mina və ya silah-sursat partlaması zamanı xəsarət alan şəxsin ilk növbədə huşu yoxlanmalıdır. Təcili tibbi yardım gələnədək və ya zərər çəkəni xəstəxanaya aparanadək huşunun özündə olmağı həyati önəm daşıyır. Bunun üçün zərər çəkən şəxsə suallar verib, danışdırmaq lazımdır.
  2. Partlayış dalğasının təsirindən xəsarət alan şəxsin rahat nəfəs almağını təmin etmək lazımdır. Arxası üstə uzandığı halda çiyni üstə qaldırıb, nəfəs boşluğunu torpaq və ya hər hansısa maneədən təmizləmək lazımdır.
  3. Təcili tibbi yardım gələnədək tərpətmək, hərəkət etdirmək olmaz.
  4. Partlayışın təsirindən hər hansısa əzasını itirən şəxsin zədə almış nahiyəsinin üst hissəsindən rezinlə sıx bağlayıb qan axmanın qarşısı alınmalıdır. Bu yaralanma dizdən aşağı hissədə olduqda bud nahiyəsindən bağlanmalıdır.
  5. Partlayış zamanı sınıqların olması ən çox rast gılinən hallardandır. Açıq sınıqlarda (sınıq zamanı sümüyün görünməsi) sümüyü yerinə qaytarıb sarğı etmək qəti qadağandır. Sınmş sümük iti olduğundan damarları zədələyə bilər, bu da həyati təhlükə daşıyan qanaxmaya səbəb ola bilər.
  6. Bütün bu sadalanan tədbirlər ilkin yardımlardr və hər hansısa baş vermiş bədbəxt hadisə zamanı vaxt itirmədən təcili tibbi yardıma (103) zəng edilməlidir.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi

 

Keçidlər