Şriftin ölçüsü :

Saytın rəngi :

"Mobil Səyyar ASAN xidmət" Qazaxda

08 dekabr 2017 | 16:00

"Mobil Səyyar ASAN xidməti"nin nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla əhaliyə səyyar xidmətlərin göstərilməsi məqsədilə 2017-ci ilin dekabrın 7-də Qazax rayonuna gəlmişlər.  Vətəndaşlara səyyar  xidmətin göstərilməsi məqsədilə Qazax şəhəri, Ş.Xiyabanı küçəsi 12 ünvanında texniki hazırlıq işləri aparılmışdır. 
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur.
Bu xidmətlərə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun qeydə alınması, nikahın qeydə alınması və funksional yardımçı xidmətlər daxildir.
Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
"Mobil Səyyar ASAN xidmət" 2017-ci il dekabrın 28-dək vətəndaşlara xidmət göstərəcək.

Keçidlər