Şriftin ölçüsü :

Saytın rəngi :

“Qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və bu istiqamətdə tövsiyələrin verilməsi” layihəsinin növbəti tədbiri

14 aprel 2023 | 18:50

Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.02.2023-cü il tarixdən icrasına başladığı “Qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və bu istiqamətdə tövsiyələrin verilməsi” layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlərini davam etdirir.

Növbəti tədbir aprel ayının 10-dan 11-nə qədər Qazax Dövlət Sosial-İqtisadi Kollecində və Bakı Dövlət Universitetinin Qazax filialında, qadınlar arasında sahibkarlıq fəaliyyətinin maarifləndirilməsi istiqamətində diskusiya xarakterli tədbirlər keçirilmişdir.

Keçirilən tədbirlərdə Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi, rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, müəllim və şagirdlər, həmçinin, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar iştirak ediblər.

Öncə tədbir iştirakçılarını salamlayaraq onlara bu şəraiti yaratdığına görə rayon icra hakimiyyətinin başçısına və rayon rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumat verib. H.Əzəmmədov çıxışı zamanı bildirib ki, hər bir Azərbaycan qadını sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər və bunun üçün dövlətimiz istənilən sahibkar qadına hər zaman dəstək olur. Gələcəkdə də sahibkarlığın istənilən fəaliyyət növü ilə məşğul olmaq istəyən hər bir Azərbaycan qadınına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşılacaq, onlar üçün münbit şərait yaradılacaq.

Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov qonaqları salamlayıb, sahibkar olmaq istəyən qadınların maariflənməsi məqsədilə təşkil olunmuş tədbirə görə razılığını ifadə edib.

Daha sonra təlimçi-ekspert Zeynal Rəşidov geniş məlumat verib. Təlimçi öz növbəsində tədbir iştirakçılarına maarifləndirici tövsiyələrini verib, tədbir diskusiya şəklində keçib.

Tədbir iştirakçılarına layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli bukletlər, dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyin loqosu, layihənin adı qeyd olunan köynək və papaqlar paylanılıb.

 

Keçidlər