Şriftin ölçüsü :

Saytın rəngi :

“Qazax Müalicə Diaqnostika Mərkəzi” PHŞ-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

08 may 2023 | 20:32

Mayın 8-də “Heydər Əliyev İli” çərçivəsində “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Qazax Müalicə Diaqnostika Mərkəzi” PHŞ-in kollektivi, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidovun köməkçisi Akif Əmirov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının entoqrafiyası” şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin sədri, t.e.d. türkoloq Güllü Yoloğlu, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Sevda Məmmədova və başqaları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar. 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxıblar.

Mərkəzin konfrans zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. 

Keçidlər